Turinin “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo yay transfer pəncərəsi zamanı komandasını dəyişə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Petro Balkano “Twitter” hesabında yazıb.
“Deyilənləri təsdiqləyirəm: mövsümün sonunda “Yuventus” və Ronaldonun yolları ayrıla bilər. Demək istəyirəm ki, bunlar hələ də şayiə olaraq qalır, konkret məlumat deyil. Mən hazırda bunun üzərində çalışıram”, - deyə jurnalist bildirib.
Xatırladaq ki, 35 yaşlı hücumçu A seriyasında 22 qarşılaşmada 21 qol vurub və üç məhsuldar ötürmə verib.(oxu.az)


