18 yaşlı qız evdən qaçdı, 24 il sonra görün haradan tapıldı — DƏHŞƏT

DÜNYA 06 iyn 2020, 12:33

2008-ci ildə dünyanı Yozef Fritslya hadisəsi lərzəyə saldı. Avstriyanın Amştetten şəhərciyindən yaşlı elektrikin ailəsində bədbəxtlik baş vermişdi.


Yozefin 18 yaşlı qızı, Elizabet, evdən qaçmışdı. Yeniyetmənin dostlarının sözlərinə görə, qız zülümkar atalığının davranışından boğaza yığılmışdı və artıq bir müddət idi qaçış planlaşdırırdı.


Ancaq heç bir dost onun hara yox olduğunu bilmirdi, Polis qızı tapa bilmədi, və zamanla işi bağladılar. Yalnız 24 il sonra məlum oldu ki, bütün bu vaxt ərzində Elizabet şəxsi evlərinin podvalında imiş!


Necə nəticədə aydınlaşdı, İki il ərzində qızın atalığı Yozef evin zirzəmisində xüsusi həbsxana təchiz etməyə başladı.


29 avqust 1984-cü il 18 yaşlı qızını aldadaraq zirzəmiyə saldı və bağladı. Orada qizcığaz həyatın çox hissəsini keçirməli oldu!


Sadist vaxtaşırı bədbəxti zorlayırdı. Bu illər ərzində Elizabet yeddi uşaq doğdu.


Üç körpəni Yozef öz arvadına "saxlatdırırdı". 


Alçaq hamını inandırırdı ki, guya özü qaçmış qız uşaqları valideynlərinin həyətinə atırdı. Dörd uşaq doğuluşdan günəş işığı görmədən zirzəmidə anayla birlikdə yaşayırdılar.


Bu tarix yalnız 24 il sonra Elizabetin azad olunması ilə sona çatdı.


Nə vaxt ki, Elizabetin böyük qızı, Kerstin, ciddi xəstələndi, Fritslyu onu xəstəxanaya aparmalı oldu. . Həkimlər Kerstinə böyrək çatışmazlığı diaqnozu qoydular və hər iki valideynin olmasını tələb etdilər. Yozefin saxta məktubları, harada Elizabet bildirirdi ki, sektada yaşayır, polis ekspertində şübhələr doğurdu .


O zaman sadistə zirzəmidən qızı çıxarmaq və özüylə xəstəxanaya götürmək lazım oldu. Orada onları dərhal həbs etdilər və bir-birindən ayırdılar.Yozefin tutulduğunu bilən Elzabet hər şeyi olduğu kimi danışdı. . Polisin genetik testindən sonra hadisənin bütün şəkili aydın oldu.


Həzrət Peyğəmbər (s) buyurur: “Üç günahın cəzası Qiyamətə qədər qalmaz və elə bu dünyada cəzalandırılar:


1. Ata və anaya ağvalideyn olmaq.


2. İnsanlara zülm etmək.


3. Yaxşılıq və ehsana naşükürlük etmək”. (Tebyan)


Qurani-Kərim bizlərə ata və anamıza hörmət və yaxşılıq etməyi həmişə tövsiyə edir. Ancaq biz bəzən bunu unuduruq və valideynlərimizlə elə söhbət edirik ki, sanki onlar bizə nəyisə borcludurlar. Bəzən də sevgilərinə elə laqeydlik göstəririk ki, ürəkləri sınır.


Bu günün cavanları adətən valideynlərinə hörmətdə həmişə səhlənkarlıq edirlər. Bəziləri isə hətta valideynlərinin üzünə durur və onlarla kobud rəftar edirlər. Bəzən suallarına cavab vermir, bəzən də laqeyd şəkildə yanlarından keçib gedirlər. Halbuki, Allah Təala Quranda buyurur ki, valideynə “uf” belə demək olmaz. 


Rəftarlarımıza diqqət edək və bu işin nə qədər təhlükəli olduğunu dərk edək. Əgər biz Allahın əmrinə itaətsizlik ediriksə, bəs necə dindar olmaq istəyirik?


Bəs ağvalideyn olmaq nədir? Ağvalideyn olmaq onları qəzəbləndirmək, ürəklərini sındırmaqdır, hətta əgər onlardan birinin belə olsa.
İnsanlara zülm etmək.


Ağıl və dinimizin ən çox məzəmmət etdiyi günah – zülmdür. Zalim insan başqalarına zülm etməzdən əvvəl, özünə zülm etmiş olar. Hər kim başqasına yaxşılıq etsə, əslində özünə etmiş olar. “Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır”. (“İbrahim” 22).


“Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər”. (“Həcc” 53).


“Bilin! Allahın lənəti olsun zalımlara!”. (“Hud” 18).


“(Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) və onlar üçündür xoşagəlməz ev!”. (“Ğafir” 52).


Qiyamət gününün sabahısı zalımın yaxşı əməllərini götürüb məzluma verərlər. Məzlumun günahlarını isə zalıma.


İmam Əli (ə) zalımın üç nişanəsini bizlərə belə tanıdır:


1. O kəs ki, ondan üstündür, ona itaətsizlik edər.


2. Ondan alçaqda olana zülm edər.


3. Zalıma yardım edər.


Naşükürlük.


Heç indiyə qədər olub ki, kimisə yaxşılıq etmisiniz, sizə təşəkkür etmək yerinə təhqir edib zərbə vurubdur? Biz bəndələr hər gün bu işi Allaha qarşı dəfələrlə edirik.


Qurani-Kərim buyurur: “Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri)mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. (“İbrahim” 7).


Allah nemətə şükür və küfr etməyin savab və cəzasının bəndəyə aid olduğunu vurğulayır. Allah Təala bəndələrini həmişə şükür etməyə dəvət edir və bu dəvəti ona görə deyildir ki, bundan Allaha bir fayda gəlir. Xeyr, Allah istəyir ki, bəndə ayılsın və özünü İlahi rəhmət və fəzilətdən məhrum etməsin. Şükür etmək bəndənin özünə faydalıdır.


“Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir”. (“Nəml” 40).(deyerler.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top