Sosial

İlham Əliyev Müşahidə Şurasının tərkibinin təsdiqlədi - SİYAHI

İlham Əliyev Müşahidə Şurasının tərkibinin təsdiqlədi - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2018-ci il 13 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

​Demokrat.Azxəbər verir ki, sərəncamla Gənclər Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu - "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini

Demokrat.Az

D
demokrat.az