Hadisə

Bakı bulvarında şəkil çəkmək istəyən oğlan dənizə düşdü — VİDEO

Bakı bulvarında şəkil çəkmək istəyən oğlan dənizə düşdü — VİDEO

Bakı Bulvarında 2003-cü il təvvəllüdlü Allahverdiyev Riyad Oktay oğlu dənizə yıxılıb.

Demokrat.az“Bakupost”a istinadən xəbər verir ki, hadisə “Dəniz Mall”un yaxınlığında baş verib.

Dənizkənarı Bulvar İdarəsinin mühafizəçisi Mahmud Bağırzadə suya atılaraq boğulma təhlükəsi ilə üz-üzə qalan gənci xilas edib.

R.Allahverdiyev şəkil çəkərkən müvazinətini qoruya bilmədiyi üçün dənizə yıxıldığını söyləyib.

​Demokrat.az

D
demokrat.az