Hadisə

Bakıda ruhi xəstə olan əcnəbi evdən qaçdı

Bakıda ruhi xəstə olan əcnəbi evdən qaçdı

Bakıda psixoloji problemləri olan şəxs evdən qaçıb.

Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkimi Allahverdi Cəlilov polisə müraciət edərək məlumat verib.

O bildirib ki, qulluq etdiyi ruhi-əsəb xəstəsi olan Qazaxıstan vətəndaşı, 1996-cı il təvəllüdlü Armin Nazar Radjuh mayın 29-da yaşadığı evin pəncərəsindən qaçıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxsin yerinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.(qafqazinfo.az)

D
demokrat.az