Gəncədə bədbəxt hadisə baş verib.
Demokrat.azbaku.ws-ə istinadən xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini 1990-cı il təvəllüdü Ə.H. “KamAZ”da qaynaq işləri apararkən avtomobilin yük yerinin altında qalıb. Nəticədə usta ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


