İdman

Qərar verildi: Çempionat iyunun 11-də keçiriləcək

Qərar verildi: Çempionat iyunun 11-də keçiriləcək

İspaniya Kral Futbol Federasiyasının prezidenti Xavyer Tebas ölkə çempionatının bərpa tarixini açıqlayıb.

Demokrat.az-ın məlumatına görə, martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış La Liqa iyunun 11-də qaldığı yerdən davam edəcək.

İlk görüş isə "Betis" - "Sevilya" derbisi olacaq.

Qeyd edək ki, daha əvvəl İspaniyanın baş naziri Pedro Sançes çempionatın iyunun 8-də bərpa oluna biləcəyini söyləyib.(pravda.az)

D
demokrat.az