Sosial

"Əbülfəs Qarayevlə münasibətini hər zaman qoruyub saxlayacam" — Şeyx Əbdül

Əbülfəs Qarayevlə münasibətini hər zaman qoruyub saxlayacam — Şeyx Əbdül

Xalq artisti, rejissor-aktyor Şeyx Əbdül Mahmudov Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılmasından danışıb.

Demokrat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, o, Əbülfəs Qarayevlə olan münasibətini hər zaman qoruyub saxlayacağını deyib.

"Mən salam-kəlamımı heç kimlə vəzifəyə görə qurmamışam. Çünki, bu xüsusiyyət mənim xarakterimə uyğun deyil. Hətta Əbülfəs müəllimi işdən çıxarıb, həbs etsəydilər belə,ona, onun nəslinə olan isti münasibətim dəyişməyəcək. Çünki Əbülfəs Qarayev dahi bəstəkarımız Qara Qarayevin nəslindəndir. Azərbaycan sivil, demokratik dövlətdir. Əbülfəs müəllim Prezidentin sərəncamı ilə təyin edilib, onun sərəncamı ilə də vəzifəsindən azad edildi".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

D
demokrat.az