Mingəçevirdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.
37 yaşlı Fərqanə İsayeva həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, xəstəxanada keçinib.
Hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən beş bıçaq zərbəsi vurulub.
Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.(APA)


