Siyasət

Azərbaycan LGBT təşkilatlarından Milli Şura ilə bağlı birgə BƏYANAT

Azərbaycan LGBT təşkilatlarından Milli Şura ilə bağlı birgə BƏYANAT

Milli Şuranın qapalı iclasında və üzvlərinin kənarda istifadə etdiyi fobik ritorikasını, eyni zamanda, iqtidarın və müxalifətin istər açıq olsun, istərsə də qapalı şəkildə LGBTİQ+ icmasından siyasi mübarizədə istifadə etməsini pisləyirik!

Nəfəs LGBT Azərbaycan Alyansı, Minority Azərbaycan, AZAD LGBT Kollektivinin birgə Bəyanatı

Milyonlarla insan 17 May tarixini dünyada Homofobiya, Bifobiya, Transfobiya, Kuirfobiya və İnterseksfobiya Әleyhinә Gün kimi qeyd edir. Bu gün 2004-cü ildən bəri hər il dünyanın təxminən 130 ölkəsində LGBTİQ+lərin qəbul olunması, onlar üçün təhlükəsiz mühitin yaradılması, hüquqlarının tanınması naminə müxtəlif tədbirlərlə müşaiyyət olunur.

Müstəqilliyin ilk günlərindən başlayaraq günümüzə qədər Azərbaycan siyasi diskursunda LGBTİQ+ mövzusu təhqir ritorikasına çevrilib. Tərəflər bir-birilərini alçaltmaq, “milləti təmiz saxlamaq” və ya düşmən obrazı ilə eyniləşdirmək üçün seksual oriyentasiyanı alət kimi istifadə edirlər. Bu cür hadisələrdən birini 14 may, 2020-ci il tarixində Facebook sosial şəbəkəsində görüntüləri yayılmış Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin Zoom platformasında təşkil etdiyi müzakirədə müşahidə etdik.

Milli Şura iddia edir ki, sosial şəbəkələrə sızan video qurumun xəbəri olmadan yayılmış və kibercinayətdir. Kibercinayət ehtimalını istisna etməsək də, bu, həmin müzakirədə Milli Şura üzvləri Gültəkin Hacıbəyli və Rafiq Manaflının LGBTİQ+ləri hədəfləyən və narahat edən nifrət nitqinə qarşı ictimai qınaq yükünü azaltmır.

Yayılmış videoya əsasən, müzakirədə iştirak edən siyasətçilər öz aralarında olan danışıqlarda əvvəlcə jurnalist İsmayıl Cəlilovun şəxsi həyatı və ailəsi ilə bağlı müzakirələrin yaratdığı stress lağa qoyulur. Dəfələrlə jurnalistin eynicinsli evliliyi, həyat yoldaşı və yaşadıqları stress Gültəkin Hacıbəyli tərəfindən legitim olmayan və məsxərə obyekti ola biləcək bir məvhum kimi təqdim olunur və LGBTİQ+ icması “üzdəniraq” adlandırılır. Müzakirənin davamında Rafiq Manaflı ( Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin Sədri) Nasist Almaniyasının törətdiyi Holokosta haqq qazandıraraq: “Mən çox təəssüf edirəm ki, Hitler 41-45-də o geyləri qırıb-qurtarmadı”, - deyə əlavə edir.

Biz onlayn Zoom görüşü zamanı (hətta qapalı olsa belə) insanların şəxsi həyatının müzakirə olunmasına, lağa qoyulmasına və məsxərə obyekti kimi təqdim olunmasına qarşı öz narahatlığımızı ifadə edir və siyasi partiyalar və qurumlardan LGBTİQ+lərlə bağlı məsələləri özlərinin çirkin siyasət oyunlarına qatmamalarını, nifrət nitqi səsləndirməmələrini və nifrət cinayətinə səsləyən fikirləri ifadə etməmələrini tələb edirik!

Nifrət nitqi müəyyən bir qrupa qarşı nifrət, ayrı-seçkilik və ya düşmənçilik yayan, təşviq edən və ya haqq qazandıran ictimai ifadələrdir. O, ümumi bir dözümsüzlük mühitinə töhfə verir və bu da öz növbəsində həmin qruplara qarşı hücumların çoxalma ehtimalını artırır. Görüş zamanı qeyd olunan dövrü, yəni Hitlerin Nasist Almaniyasını nümunə kimi götürsək, bu qruplara yəhudilər, Yahova şahidləri, siyasi məhbuslar və digərləri ilə yanaşı, homoseksuallar da daxil idi.

Nifrət nitqi və cinayətləri LGBTİ-lərin sistemli və müntəzəm diskriminasiyasına və mənəvi və fiziki istismarına səbəb olur. Manaflının səsləndirdiyi “qırıb-qurtarmaq” ifadəsi Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi ilə tanınan “hər kəsin yaşamaq hüququnun” olmasına tamamilə qarşıdır. Təbii ki, eyni Konstitusiyanın insanlara söz və ifadə azadlığını tanıdığını qəbul edir və istənilən müzakirədə irqi, milli, dini, sosial, gender, seksual oriyentasiya və digər meyarlara əsaslanan nifrət nitqinin səslənməsinə, düşmənçilik və ədavətin təbliğatını pisləyirik. Söz və ifadə azadlığı milyonlarla insanın - yəhudi, Yahova şahidləri, siyasi məhbuslar, homoseksuallar və digərlərinin ölümünə səbəb olan bir ideologiyaya söykənən və ona haqq qazandıran fikirlərin səsləndirilməsini legitimləşdirə bilməz!

Biz Avro-Atlantik məkana inteqrasiya etməyi və bu yolda qanunun aliliyini üstün tutan Milli Şuranın qapalı iclasında və üzvlərinin kənarda istifadə etdiyi fobik ritorikasını, eyni zamanda, iqtidarın və müxalifətin istər açıq olsun, istərsə də qapalı şəkildə LGBTİQ+ icmasından siyasi mübarizədə istifadə etməsini pisləyirik! LGBTİQ+lərin həyatı və bədənləri siyasi oyunların meydançası deyil!

İnsan hüquqları kimliyindən, fərqliliyindən və ya bənzərliyindən asılı olmayaraq bütün insanların sahib olduğu universal, bir-biri ilə əlaqəli, qarşılıqlı və bölünməz hüquqlardır. İnanırıq ki, iqtidar və ya müxalifət ayrı-seçkiliyi etmədən bu prinsiplərə təhlükə yaradan hər kəs, hər bir qurum tənqid edilməlidir.

Çağırış:

1. Siyasi partiyalar və qurumlardan LGBTİQ+ icmasından təhqir ritorikası, siyasi mübarizədə qarayaxma aləti kimi istifadə etməməsini tələb edirik.

2. Azərbaycanın da qoşulduğu BMT-in kibercinayətkarlıqla mübarizə haqqında qətnamələrinə və yerli qanunvericiliyə əsaslanaraq, hüquq mühafizə orqanlarının həmin iclası qeydə alan və sosial media məkanına sızdıran şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini.

3. Azərbaycan Respublikasının Milli Məclisini Üçüncü Universal Dövri Baxış zamanı Azərbaycana edilmiş tövsiyələrə, eyni zamanda Avropa Şurasi Nazirlər Komitəsinin seksual oriyentasiya və ya gender kimliyinə görə ayrı-seçkiliklə mübarizə tədbirlərinə dair Nazirlər Komitəsinin CM/Rec (2010) 5 tövsiyəsinə uyğun olaraq, seksual oriyentasiya və gender kimliyi əsaslı ayrı-seçkiliyi, nifrət nitqi və cinayətlərini qadağan edən qanunvericilik aktlarını qəbul etməsini tələb edirik.

Çağırışa qoşulanlar:

Altay Goyuşov - Baku Research Institute

Elmir Mirzəyev - Musiqişünas/kulturoloq, Berlin Humboldt Universiteti

Şəhla Hümbətova - Vəkil

Matanat Azizova - Women Crisis Center

Arzu Geybulla - Freelance Jurnalist

Bəşir Süleymanlı - Vətəndaş Hüquqları İnstitutu

Gunel Imanova - Yazar

Nicat Məmmədbəyli - Hüquqşünas

Jamal Ali - Incesenet

Jalə Bayramova - Azerbaijan-Under Legal Criticism

Leyli Gafarova - Filmmaker

Nahid Cəfərov - Oyan Herekati

Nurlana Cəlil

Seljan Gahramanli

Həmidə Qiyasbəyli

Fatimə Mövlamlı - Jurnalist, müstəqil reportyor

Rəbiyyə Məmmədova

Toğrul Mammadov

Həsrət Ramazanov

Sevda Əlisoy

Rəvanə Ibrahimova

Leyla Hasanova

Hacı Səfərov - Kinotənqidçi, vlogger

Vüqar Salamlı

Y-PEER Azerbaycan

Namiq Abdullayev

Sevinc Səmədzadə

Elnur Musayev

Səadət Abdullazadə

Ayxan Osmanlı

Seymur Nazar

İlqar Aydın

Aida Mirzəyeva

Aytac Bekmemmedova

Xəyyam Namazov - Humboldt Ubiversiteti Berlin, Tədqiqatçı

Nefes LGBT Azerbaijan Alliance

Free LGBT Azerbaijan

Demokrat.az

D
demokrat.az