Qubada külək bir sıra fəsadlar törədib.
Demokrat.azşimal bürosunun verdiyi məlumata görə, külək rayonun Fətəlixanküçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.


