Hadisə

Bakı metrosuna giriş dayandırıldı — SON DƏQİQƏ

Bakı metrosuna giriş dayandırıldı — SON DƏQİQƏ

Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.

Demokrat.az-ın xəbərinə görə, sərnişinlər metronun stansiyalarına buraxılmayıb. Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti 38 günlük fasiədən sonra mayın 9-da, saat 06:00-dan etibarən bərpa edib.(report.az)

D
demokrat.az