Naftalan sakini dəm qazından zəhərlənib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, Naftalan şəhərində zəhərlənmə hadisəsi baş verib.
1961-ci il təvəllüdlü şəhər sakini İbrahimova Lətafət Hümbət qızı yaşadığı evdə dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüb. Qadın xəstəxanaya yerləşdirilib.


