Dünya

Rusiya da ABŞ-ın gününə düşdü: Yoluxma sayında yeni rekord

Rusiya da ABŞ-ın gününə düşdü: Yoluxma sayında yeni rekord

Rusiyada son bir gündə 9 623 nəfərə koronavirus diaqnozu qoyulub.

Demokrat.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 124 054 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 57 nəfər artaraq 1 222-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 15 013 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 358.

Qeyd edək ki, Rusiya yoluxma hallarının sayına görə dünyada Türkiyəni də keçərək 7-ci sıraya yüksəlib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1084606 nəfəri sağalıb,239 653 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

D
demokrat.az