Hadisə

Sumqayıtda yanğın oldu — Yaralı var

Sumqayıtda yanğın oldu — Yaralı var

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə Demokrat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az