Odessa vilayətinin keçmiş rəhbəri və Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin Baş nazirin islahatlar üzrə müavini vəzifəsi barədə təklifini qəbul edib.
Demokrat.az-ın verdiyi məlumata görə, bu barədə TASS xəbər yayıb.
“Prezident Zelenskinin təklifini qəbul etdim”, - deyə, o, “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüşündə bildirib.
Saakaşvili, həmçinin Ukrayna iqtisadiyyatında fəlakətli vəziyyətlə əlaqədar Zelenskinin ona Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparmaq barədə göstəriş verdiyini deyib.(oxu.az)


