Hadisə

ATV-nin koronavirusa yoluxan müxbiri sağaldı — FOTO

ATV-nin koronavirusa yoluxan müxbiri sağaldı — FOTO

ATV kanalının Avropa bürosunun müxbiri Şahin Abasov korovavirus (COVİD- 19) epidemiyasına qalib gəlib.

Demokrat.az-ın xəbərinə görə, Ş.Abbasov bildirib ki, artıq sağlamlığına qovuşub:

“Karantin müddəti başa çatdı, səhhətim yaxşıdır.Orqanizmimin bərpa olunması lazımdır.Çünki bu virus immuniteti xeyli zəiflədir deyə, orqanizmin bərpası xeyli vaxt aparır.Amma evdən bayıra çıxmağıma icazə verilib.Peşəmlə bağlı da dünən çəkiliş etdim.Əmək fəaliyyətimi nisbətən bərpa eləmişəm.

Ş.Abbasov koronavirusa yoluxan 15 yaşlı qızının da bu virusdan sağaldığını qeyd edib:

“Qızım indi yaxşıdır.O, bu virusu məndən yüngül keçirdi.Məndən də tez sağaldı.Qızım tam tam sağalıb”. (Unikal.org)

D
demokrat.az