Hadisə

Velosipedçini vurub öldürdü

Velosipedçini vurub öldürdü

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, qəza aprelin 22-də saat 8 radələrində qeydə alınıb.

Şəhər sakini A.Allahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə eyni istiqamətdə velosipedlə hərəkətdə olan kənd sakini İkram Quliyevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Quliyev orada ölüb.

Ucar RPŞ tərəfindən araşdırma aparılır.(qafqazinfo.az)

D
demokrat.az