Sosial

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər — RƏSMİ AÇIQLAMA

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər — RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

Demokrat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə DİM-in fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, imtahanların keçirilməsi DİM-ə veriləcək vaxta uyğun tənzimlənəcək:

“Bizə hələlik məhdudiyyət qoyulmayıb. Ona görə ümidvarıq ki, biz iki dəfə imtahan keçirə biləcəyik”.(oxu.az)

D
demokrat.az