Hadisə

Neftçalada birmərtəbəli ev yandı

Neftçalada birmərtəbəli ev yandı

Neftçala rayonunun Xıllı qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli, qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az