Hadisə

Bakıda fəhlə itkin düşdü

Bakıda fəhlə itkin düşdü

Bakıda fəhlə itkin düşüb.

Demokrat.az xəbər verir ki, Sabunçu rayon sakini Gülzar İsayeva rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

O, Sabunçu rayon bazarında və Nizami rayonundakı “8 km bazarı”nda fəhlə işləyən, 1973-cü il təvəllüdlü qardaşı Salman Cəlilovun itkin düşdüyünü bildirib.

G.İsayeva ərizəsində qeyd edib ki, qardaşını sonuncu dəfə aprelin 6-da Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, 5 ünvanında görüb.(apa.az)

D
demokrat.az