Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli şərqşünas alim Ziyad Bünyadova Milli Qəhrəman fəxri adının verilməsini təklif edib.
Demokrat.az-ın məlumatına görə, T.Kərimli deyib ki, Z.Bünyadov buna layiqdir.
O deyib ki, akademik həm əsərlərinə, həm də həyata keçirdiyi işlərə görə bu ada layiq görülməlidir: “Yaddan çıxarmaq lazım deyil ki, o, II Dünya müharibəsində “Cərimə” batalyonunun komandiri olub, çox ciddi döyüş şəraiti keçib, Sovet İttifaqı Qəhrəmanı olub...”(pravdaz.az)


