Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev, Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.
Demokrat.az-ın məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib.
Qərara əsasən, hər iki şəxs barəsində polis nəzarətində qətimkan tədbiri seçilib və sərbəst buraxılıblar.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar verməkdə ittiham olunur. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. (APA)


