Şou-biznes

“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam” — Cavanşir Məmmədov — VİDEO

“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam” — Cavanşir Məmmədov — VİDEO

Cavanşir Məmmədov “Səni Axtarıram”ın virtual qonağı olub.

Demokrat.azxəbər verir ki, verilişə evindən görüntülü bağlanan sənətçi xanımı Xalidə barədə danışıb.

Aparıcı Xoşqədəm Hidayətqızının “O qadına çox əziyyət vermisən. Gecə-gündüz orda-burda olmusan, o qadın uşaqları tək böyüdüb”,- deməsinə Məmmədov belə cavab verib:

“Ona sual ver ki, bu kişinin ikinci arvadı olub, ya yox? Mən ikiarvadlılara pis baxmıram. Amma xanımıma, ailəmə yaxşı baxmışam”.

Əməkdar artist evini göstərmək istəməyib:

“Evi göstərmək lazım deyil. Belə şeyin tərəfdarı olmamışam. Bu günədək əlavə gəlirim olmayıb. 46 ildə tək qazancım bu ev olub. Villa sahibləri var, onları göstərin”.(konkret.az)

D
demokrat.az