Hadisə

Bakıda güclü yanğın

Bakıda güclü yanğın

Bakıda mebel təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yanğın paytaxtn Binəqədi rayonunda qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 60 m² olan ikimərtəbəli mebel təmiri sexinin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yüksək temperaturdan tikilinin birinci mərtəbəsinin lambirindən ibarət tavanı əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az