Hadisə

Cəlilabadda maşın ağaca çırpıldı — Sürücü öldü

Cəlilabadda maşın ağaca çırpıldı — Sürücü öldü

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 8-də, saat 2 radələrində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

D
demokrat.az