Hadisə

"Real Madrid"in keçmiş prezidenti koronavirusdan öldü

Real Madridin keçmiş prezidenti koronavirusdan öldü

1995-ci ildən 2000-ci ilə qədər Madridin “Real” futbol klubunun prezidenti olan Lorenzo Sanz yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxaraq dünyasını dəyişib.

Demokrat.az-ın xəbərinə görə, ispaniyalı futbol mütəxəssisi yüksək hərarəti müşahidə edildikdən bir neçə gün sonra xəstəxanaya yerləşdirilmiş və COVID-19 üçün verdiyi yoxlamalar müsbət nəticə vermişdi.

76 yaşlı Sanz COVID-19 üçün yüksək risk kateqoriyasına daxil edilmişdi. O, martın 21-dədünyasını dəyişib.

D
demokrat.az