Hadisə

Vilayət Eyvazov baş inspektora yüksək vəzifə verdi

Vilayət Eyvazov baş inspektora yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Demokrat.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı İlham Səfərov Hava Nəqliyyatında Polis İdarəsinin şəxsi heyət üzrə rəis müavini təyin edilib. O bu vaxta qədər həmin idarədə baş inspektor vəzifəsində çalışıb.(APA)

D
demokrat.az