Kriminal

Bakıda qəza törədən sürücüdən dəhşətli əməl — CİNAYƏT İŞİ

Bakıda qəza törədən sürücüdən dəhşətli əməl — CİNAYƏT İŞİ

Bakıda üç nəfəri bıçaqlamaqda təqsirli bilinən Vasif Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il dekabrın 22-də, axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində “85” kafesinin qarşısında Vasif Əhmədovun idarə etdiyi “VAZ 2106” ilə Murad Xəlilzadənin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Bu zaman hər iki maşında olan sərnişinlər – Şəmistan Məmmədov, Əli Vəliyev və Vüsal Rzayev mübahisə ediblər.

Sürücü Vasif Əhmədov üzərində olan bıçaqla digər sürücü Murad Xəlilzadəni sinəsindən, onun sərnişinləri Əli Vəliyevi kürəyindən, Vüsal Rzayevi isə qıçından bıçaqlayıb.

Cinayəti törədən Vasif Əhmədov tutulub.

İstintaq orqanı tərəfindən Vasif Əhmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli

Demokrat.az

D
demokrat.az