Mingəçevir şəhərində adam oğurluğunda ittiham olunan Səxavət Abbasov və Ömər Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, hər iki şəxsin cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 19-na təyin olunub.
İttihama görə, Səxavət Abbasov dostu Ömər Cəfərov ilə birləşərək evlənmək məqsədilə Mingəçevir şəhər sakini N. Ə.-ovanı qaçırıb.
Səxavət Abbasov və Ömər Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


