Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərova qarşı aşağılayıcı sözlər işlətməsi sosial şəbəkələrdə müzakirələr yaradıb.
Məsələyə aydınlıq gətirən şair Baba Vəziroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, onun sosial şəbəkə hesabına girərək profilini sındırıblar və nəticədə Cahangir Əsgərova qarşı xoşagəlməz ifadələr işlədiblər: "Baxıram, saytlarda, sosial şəbəkərdə yazırlar ki, guya mən Cahangir müəllimin əleyhinə pis fikirlər söyləmişəm. Hətta guya onu təhqir etmişəm. Bildirmək istəyirəm ki, mənim Cahangir müəllimlə çox yaxşı münasibətlərim var. Bu yazılanların hamısı cəfəngiyyatdır".
Lamiyə Turan


