Sosial

Vahid Əhmədov: "Süni qiymət artımına yol verən sahibkarlar ciddi şəkildə cəzalandırılacaqlar"

Vahid Əhmədov: Süni qiymət artımına yol verən sahibkarlar ciddi şəkildə cəzalandırılacaqlar

Dünyada sürətlə yayılan koronavirus bir çox tibbi məhsullara təlabatı artırıb. Bu isə sahibkarların müxtəlif yollarla daha çox maliyyə qazanmalarına şərait yaradıb. Xüsusən spirt, maska və xüsusi dezinfeksiya məhsullarının qiymətində dəfələrlə süni artımlar var. Çin və İtaliya kimi ölkələr tibbi məhsulların və dərman preparatlarının satışına nəzarəti ələ alıb.

Bəs Azərbaycanda vəziyyət hansı yerdədir?

Mövzu ilə bağlı suallarımızı cavablandıran millət vəkili Vahid Əhmədov süni qiymət artımına yol verən sahibkarların ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.

“Nəzarət olmasa, süni qiymət artımı mütləq olacaq. Sahibkarlar belə hallarda əhaliyə satdıqları məhsulların qiymətini artırmaq istəyəcəklər. Hökumət mexanizm işləyib və hazırlayıb. Qurumlar da bu işə cəlb edilib. Mütəmadi monitorinqlər keçirilir”, – deyə Vahid Əhmədov qeyd edib.

Baş nazirin xüsusi nəzarət etdiyi komissiya bu mövzunu ciddi nəzarətdə saxlayır.

“Qiymətlərə nəzarət mexanizmi İqtisadiyyat Nazirliyi, o cümlədən, hüquq mühafizə orqanları tərəfindən həyata keçirilir. Belə nəzarət mexanizmi Azərbaycanda da tətbiq edilib. Süni qiymət artımı ilə rastlaşanlar bizlərə və bu sahəyə nəzarət edən qurumların qaynar xəttinə zəng etsinlər. Süni qiymət artımı yaradanlar cəzalandırılacaqlar”, – deyə millət vəkili sözlərinə əlavə edib.(Qazet.az)

D
demokrat.az