Sosial

"Lider" TV-nin yayımının dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Lider TV-nin yayımının dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.

Demokrat.az xəbər verir ki, MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev "Report"a açıqlamasında televiziyanın daxili texniki problemlər səbəbindən yayımını dayandırdığını deyib.

"Biz dünən axşam və bu gün səhər "Lider" televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə olduğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək".

Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra "Lider" TV-nin yayımı kəsilib. Hazırda telekanalın yayımı işlək deyil.

Xatırladaq ki, "Lider" TV 2000-ci ildən fəaliyyət göstərir.

Demokrat.az

D
demokrat.az