Hadisə

COVID-19-a yoluxmuş üç vətəndaşımız sağaldı — RƏSMİ

COVID-19-a yoluxmuş üç vətəndaşımız sağaldı — RƏSMİ

Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan Demokrat.az-abildirilib ki, koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Demokrat.az

D
demokrat.az