Hadisə

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı — RƏSMİ

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı — RƏSMİ

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan “Demokrat.az-a bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Demokrat.az

D
demokrat.az