Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub.
Demokrat.az-ın xəbərinə görə, Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.
Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.(APA)



