Prezident İlham əliyev Mirdaməd Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Demokrat.az xəbər verir ki, sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
14:11
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun tutduğu vəzifədən azad edilməsi xəbəri yayılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "afn.az" saytı məlumat yayıb.
Məlumata görə, onun yerinə "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov təyin edilib.
"Hər iki Sərəncamın yaxın dəqiqələrdə açıqlanacağı bildirilir", - deyə sayt qeyd edib.


