Gündəm

"Azərbaycanda karantində 500-dək adam var" — Qərargah

Azərbaycanda karantində 500-dək adam var — Qərargah

"Hazırda karantində 500-dək adam var. Onların hamısından yaxmalar götürülüb, koronavirus aşkarlanmayıb".

Demokrat.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bu virusa yoluxanların 4-5 faizində xəstəlik yüngül formada keçir və onların xəstəxanada müalicə olunmasına belə ehtiyac qalmır./APA

D
demokrat.az