Sumqayıt şəhərinin 9-cu mikrorayonunda ev 71 mənzil 33 ünvanında partlayış olub.
Demokrat.az-ın xəbərinə görə, partlayış qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.APA
***
Sumqayıtda partlayış olub.
Report xəbər verir ki, hadisə 9-cu mikrorayonda baş verib.
Belə ki, yaşayış binasındakı evlərin birində partlayış qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hadisə zamanı xəsarət alanların olub-olmaması araşdırılır.


