Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası istiqamətində işlər davam etdirilir.
Demokrat.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, Zəngəzur dəhlizinə birləşəcək strateji əhəmiyyətli dəmir yolu xətti üzrə tikinti işləri sürətlə irəliləyir.
Hazırda marşrut boyunca tunellərin, qalereyaların və digər mühəndis qurğularının inşası aparılır.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılmasında mühüm layihələrdən biridir.



