YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Orqanizmin Omeqa-3 ehtiyacını ödəmək üçün həftədə nə qədər balıq yemək lazımdır?

Orqanizmin Omeqa-3 ehtiyacını ödəmək üçün həftədə nə qədər balıq yemək lazımdır?

Orqanizmin Omeqa-3 yağ turşularından faydalanması üçün hər gün balıq yeməyə ehtiyac yoxdur. Həftədə iki porsiya yağlı balıq istehlak etmək kifayət edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Verywell Health" nəşrinə danışan dietoloq və diabet üzrə mütəxəssis Qreys Deroça məlumat verib.

Onun sözlərinə görə, Amerika Ürək Assosiasiyası həftədə təxminən iki dəfə yağlı balıq yeməyi tövsiyə edir. Hər porsiyanın çəkisi təxminən 100 qram olmalıdır. Bu miqdar orqanizmin Omeqa-3-ün iki mühüm növü – EPA (eykozapentaen turşusu) və DHA (dokozah eksaen turşusu) ilə təmin olunmasına kömək edir.

Dietoloq Omeqa-3 baxımından zəngin balıqlar sırasında qızılbalıq, Sakit okean skumbriyası, ançous, sardina və siyənəyi qeyd edib. Onun fikrincə, bu balıqların hamısı ürək, beyin və göz sağlamlığı üçün vacib olan yağ turşularını ehtiva edir.

Omeqa-3 orqanizm üçün niyə vacibdir?

Ekspert bildirib ki, Omeqa-3 əvəzolunmaz yağ turşularına aiddir və insan orqanizmi bu maddələri özü istehsal edə bilmir. Onlar iltihab proseslərinin azalmasına, triqliserid səviyyəsinin aşağı düşməsinə və arterial təzyiqin tənzimlənməsinə kömək edir. Həmçinin damarların elastikliyinin qorunmasında rol oynayır.

Balıq yeməyənlər isə Omeqa-3-ü kətan toxumu, soya, çia toxumu və qoz kimi bitki mənşəli məhsullardan da müəyyən qədər əldə edə bilərlər.

Hansı balıqlarda civə təhlükəsi daha yüksəkdir?

Deroça balıq seçimində civə miqdarına da diqqət yetirməyi tövsiyə edib. Xüsusilə hamilə qadınlar, süd verən analar və azyaşlı uşaqlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Çünki civə uşaqların beyin və sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər.

Dietoloqun sözlərinə görə, köpəkbalığı, qılıncbalıq, kral skumbriyası və tilefish növlərində civənin miqdarı daha yüksəkdir. Buna görə həmin balıqların istehlakını məhdudlaşdırmaq və ya onlardan imtina etmək məsləhətdir. Sakit okean skumbriyası isə civə baxımından daha təhlükəsiz seçimlərdəndir.

Balıq yeməyi sevməyənlərə Omeqa-3 əlavələri, o cümlədən balıq yağı qəbul etmək tövsiyə olunur. Lakin əlavə seçərkən onun müstəqil laboratoriya yoxlamasından keçməsinə, tərkibindəki aktiv maddələrin miqdarına diqqət yetirmək lazımdır. Ekspert bir porsiyada EPA və DHA-nın ümumi miqdarının 500-1000 milliqram olmasını məsləhət görüb.