Babək prospektində körpüdən aşan avtomobilin sürücüsünün kimliyi bəlli olub.
Dmeokrat.az Bakıvaxtı.az-a istinadən bildirir ki, fotoda bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi törədən avtomobilin sürücüsü Vüsal Nəsirli əks olunub.
Belə ki, Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində minik avtomobili körpünün üzərindən köməkçi yola aşıb.
Hadisə nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


