YapiKredi Müraciət Forması
Gündəm Özəl

Bu axşam Bakının giriş-çıxışında sıxlıq olacaq — Diqqət!

Bu axşam Bakının giriş-çıxışında sıxlıq olacaq — Diqqət!

Azərbaycanda noyabrın 7-dən 10-dək davam edəcək dörd günlük tətil öncəsi paytaxtın əsas avtomobil yollarında sıxlıq yaranacağı gözlənilir.

Bayram günlərini bölgələrdə keçirmək istəyən minlərlə vətəndaşın bu gün axşam saatlarında Bakıdan rayonlara üz tutacağı ehtimal olunur. Bu isə xüsusilə paytaxtdan çıxış istiqamətlərində nəqliyyatın hərəkətində ciddi sıxlığa və uzunmüddətli tıxaclara səbəb ola bilər.

Sürücülərə yola çıxarkən vaxtı düzgün planlaşdırmaq, alternativ marşrutlardan istifadə etmək və hərəkət zamanı diqqətli olmaq tövsiyə olunur.

Bəxtiyar Umarlı
Managing Editor