YapiKredi Müraciət Forması
Özəl Dünya

Demokratlar arasında parçalanma: Konqres üzvü respublikaçını dəstək verdi

Demokratlar arasında parçalanma: Konqres üzvü respublikaçını dəstək verdi

ABŞ-da aralıq seçkiləri ərəfəsində Demokratlar Partiyasında ciddi fikir ayrılığı yaranıb. Miçiqan ştatından olan konqresmen Heyli Stivens öz partiyadaşını dəstəkləməkdən imtina edərək Senat uğrunda mübarizədə respublikaçı namizəd Mayk Rocersin tərəfini tutub.

Demokrat.az xəbər verir ki, hadisə ABŞ Senatında çoxluğun müəyyənləşməsi baxımından əhəmiyyətli hesab olunur. Miçiqan Demokratlar üçün qorunması vacib olan yerlərdən biridir və bu mandatın respublikaçılara keçməsi partiyanın Senatda üstünlük qazanmaq planını çətinləşdirə bilər

Stivensin bu qərarı onun Əl-Sayedlə münasibətlərində yaranmış gərginliyin nəticəsidir. O, avqustda keçirilən partiyadaxili seçkilərdə rəqibinə cüzi fərqlə uduzmuşdu. Tərəflər arasında fikir ayrılıqlarının əsas səbəblərindən biri İsrailə münasibətdir: İsrailə dəstək verən Stivens Əl-Sayedi ABŞ-ın bu ölkəyə hərbi yardımına qarşı mövqeyinə görə tənqid edir. Son günlərdə isə mübahisə seçki kampaniyası ilə bağlı reklam çarxı ətrafında daha da kəskinləşib.

Stivensin respublikaçı namizədi dəstəkləməsi Demokratlar Partiyasında sərt reaksiyaya səbəb olub. Senatda demokratların lideri Çak Şumer bu addımı "iyrənc xəyanət" adlandırıb. ABŞ Prezidenti Donald Tramp isə Stivensi qərarına görə tərifləyərək onun nümayiş etdirdiyi cəsarətin çox az insanda olduğunu bildirib.

Mayk Rocers Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşıdır. O, ABŞ Nümayəndələr Palatasında 14 il fəaliyyət göstərib və orada Kəşfiyyat Komitəsinə rəhbərlik edib. Əl-Sayedlə Rocers arasındakı mübarizənin nəticəsi noyabrın 3-də keçiriləcək seçkilərdə bəlli olacaq. Seçki öncəsi yayımlanan sorğuların bir qismində demokrat namizəd öndə göstərilsə də, fərq tədqiqatdan-tədqiqata dəyişir.

Jalə