YapiKredi Müraciət Forması
Mədəniyyət

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif olunmasından danışdı: "Çox sevinirəm"

Fərhad Xəlilov İstiqlal ordeni ilə təltif olunmasından danışdı: Çox sevinirəm

"Hər kəsə təşəkkür edirəm. "İstiqlal" ordeni ilə təltif olunmuşam, çox sevinirəm. Sevincimdən danışa bilmirəm".

Demokrat.az xəbər verir ki, bunu Xalq rəssamı Fərhad Xəlilov Qaynarinfo-ya açıqlamasında deyib.

O, "İstiqlal" ordeni ilə təltif olunacağından əvvəlcədən xəbərsiz olduğunu bildirib:

"İstiqlal" ordeni ilə təltif olunmağımı Prezidentdən başqa heç kəs bilə bilməzdi. Prezident ordeni təqdim edəndə artıq bilirsən ki, medal sənindir. Eyni zamanda, Prezident məni qəbul edib. Qəbul zamanı çox gözəl söhbətimiz oldu".

Fərhad Xəlilov oktyabrın 26-dək işlərinin çox olduğunu və yubiley tədbirinə hazırlaşdığını qeyd edib:

"Danışmağa vaxtım yoxdur. Oktyabrın 26-da tədbir olacaq, ona hazırlaşıram".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xalq rəssamı Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib.

Xatırladaq ki, oktyabrın 26-da Fərhad Xəlilovun 80 yaşı tamam olacaq