YapiKredi Müraciət Forması
Mədəniyyət

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob keçirilib - VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob keçirilib - VİDEO

27-29 oktyabr tarixlərində Bakıda "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq" devizi altında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Demokrat.az xəbər verir ki, oktyabrın 22-də Dənizkənarı Milli Parkda Forumun təşkilati işlərində fəal iştirak edəcək 1500-dən çox könüllünün qatıldığı fləşmob təşkil olunub.

Tədbirin əsas məqsədi gənclərin birliyini, həmrəyliyini və fəallığını nümayiş etdirmək, həmçinin mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh dəyərlərini təşviq edərək bu mesajları geniş auditoriyaya çatdırmaqdır.

Yüksək enerji və komanda ruhu ilə seçilən fləşmob gənclərin ortaq dəyərlər ətrafında birləşməsini nümayiş etdirməklə yanaşı, Forumun ideya və məqsədlərinə də diqqət çəkib.