Bakının Sabunçu rayonunda avtoyuma məntəqəsində dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 27 yanvar 2026-cı il tarixində Sabunçu qəsəbəsi, Şəhər şossesində baş verib.
Tovuz rayon sakini, 2005-ci il təvəllüdlü Təvəkkül həmin gün saat 12 radələrində işlədiyi avtoyuma məntəqəsinin yanında tanışı Əlisəfa (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Əlisəfanın onunla kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təvəkkül qəsdən yumruqla onun bir dəfə üz nahiyəsindən, bir dəfə isə baş nahiyəsindən vuraraq xəsarətlər yetirib.
Təvəkkülə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində barışdıqlarını bildiriblər.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


