YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Belə hallarda sığorta şirkətləri pulu ödəməkdən imtina edir — Diqqət!

Belə hallarda sığorta şirkətləri pulu ödəməkdən imtina edir — Diqqət!

Avtomobil qəzası zamanı sürücülərin maddi zərərini qarşılamaq üçün sığortaya güvənməsi hər zaman gözlənilən nəticəni verməyə bilər. Bəzi hallarda sığorta şirkətləri ödəniş etməkdən imtina edə, sürücülər isə zərəri öz hesablarına ödəməli ola bilərlər.

Bəs hansı hallarda avtomobil qəzasına görə sığorta ödənişi verilmir və sürücülər hansı qaydalara əməl etməlidirlər ki, kompensasiyasız qalmasınlar?

Sığorta eksperti Vüsal Bədəlov Demokrat.az-a deyib ki, əgər nəqliyyat vasitələrinin, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından söhbət gedirsə, burda zərər dəymiş adama heç bir halda imtina verilmir.

Belə hallarda sığorta şirkətləri pulu ödəməkdən imtina edir — Diqqət!

Onun sözlərinə görə, yəni zərərçəkən her bir halda dəymiş zərərin məbləğinin qarşılığını alır:

"Bir neçə nüans var. Belə hallarda reqres tələbi irəli sürülə bilər, yəni ödənilmiş pulun geri qaytarılması tələb oluna bilər. Geri qaytarılan məbləğ zərərvurandan alınır. Sürücünün müvafiq idarəetmə hüququ olmadıqda, nəqliyyat vasitəsini qadağan olunmuş maddələrin və ya spirtli içkilərin təsiri altında idarə etdikdə, eləcə də hadisə yerindən yayındıqda, qarşı tərəfə ödənilmiş zərər məbləği ondan geri tələb oluna bilər.

Bu hallar KASKO sığortasına da aiddir. Bundan əlavə, KASKO sığortasında hadisə bilərəkdən törədildikdə və ya avtomobilə qəsdən zərər vurulduqda, sığorta şirkəti dəymiş zərərin ödənilməsindən imtina edə bilər.

KASKO sığortasının icbari sığortadan fərqi ondadır ki, KASKO sığortası birbaşa sığortalının öz avtomobilini, yəni avtomobilin gövdəsini sığortalayır. Qeyd olunan hallar baş verdikdə, sığorta şirkəti dəymiş zərərin əvəzini ödəməkdən imtina edə bilər.

İcbari sığortada isə qarşı tərəfə dəymiş zərər, yəni zərərçəkənin zərəri ödənilir. Hadisə zamanı yuxarıda sadalanan hallar mövcud olduqda, sığorta şirkəti zərərçəkənə ödədiyi məbləği zərərvurandan geri tələb edə bilər".