YapiKredi Müraciət Forması
İdman

Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi açıqlandı

Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi açıqlandı

Bu gün FİFA Şurası Bürosunun iclası keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi "FİFA U-20 World Cup 2027"nin tarixi rəsmən açıqlanıb. 20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.

Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan "Bu oyun sənlikdir" rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.

NE
Nihadə Eyyubova