YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Sənədsiz evləri alanlar cərimələnir? — Açıqlama

Sənədsiz evləri alanlar cərimələnir? — Açıqlama

Azərbaycanda sənədsiz evlər məsələsi hələ də aktual olaraq qalır. Bəzi vətəndaşlar müvafiq icazələr olmadan ev tikir, digərləri isə sənədləri qaydasında olmayan mənzillərdə yaşayırlar. Bu isə mülkiyyət hüququnun rəsmiləşdirilməsi, əmlakın satılması və gələcəkdə hüquqi problemlərlə üzləşmək baxımından ciddi çətinliklər yarada bilər.

Bəs sənədsiz ev tikən və ya belə evdə yaşayan şəxsləri hansı cərimələr gözləyir və bu evlərin sənədləşdirilməsi üçün hansı addımlar atılmalıdır?

Demokrat.az-a bu barədə danışan əmlak eksperti Elnur Azadov bildirib ki, qanunsuz tikilinin ərsəyə gətirmək bu qanuna ziddir, İnzibati Xətalar Məcəlləsində əksini tapıbdır.

Sənədsiz evləri alanlar cərimələnir? — Açıqlama

Onun sözlərinə görə, yaşamaq yox, artıq ərsəyə gəlmiş evdə, istər bunu ərsəyə gətirmiş kimsə, özünüsə, yaşamaq hər hansı bir İnzibati Məcəlləyə zidd deyil:

"Amma özünəməxsus riskləri var, yəni digər qanunlara ziddir. Yəni vətəndaş yaşayış yerini dəyişərkən ora qeydiyyata düşməlidir. Qeydiyyata düşə bilmədiyinə görə bəli, bura cərimə ola bilər. Ona görə də həmçinin də qanunsuz tikilinin alışı da Azərbaycan Respublikasının hüquq-normativ qaydalarına ziddir. Yəni hər hansı bir qanunsuz tikildə məskunlaşmaq, yaşamaq qanunla da tənzimlənmir. Sadəcə qanunsuz tikililərin sənədləşməsi üçün addım atılmayıbdır. Son 2019-cu ildən bəri məsələ biraz açıq qalır. Amma 2022-ci ildə Daşınmaz Əmlakın Reyestri Xidməti ilə Ədliyyə Nazirliyi birləşərək birfin keçirmişdilər. Onlar bildirmişdilər ki, gələcəkdə vahid portal üzərindən bütün daşınmaz əmlakı əməliyyatına aparılması mümkün olacaq. Həmçinin də qanunsuz tikililərin də qeydiyyata alınması daxildir. Son bir il ərzində yalnız daşınmaz əmlakın dövlət reystri xidmət tərəfindən, yəni ki, müəyyən sərəncam var. O sərəncam da olan siyahı genişləndirildi. Hələlik bu kimi addımlar irəli atılıbdır. Bir də 2025-ci ilin yanvar ayının 1-dən ölkədə torpaqların kadastrlarının və təyinatlarının dəyişdirilməsi ilə bağlı sərəncam qüvvəyə minibdir. Amma o hələ də bir çox bu kimi yaşayış evlərinin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı hələ proses tam yetişməyibdir.

Var qanun, amma ərazi planlamasına görə tikintiyə şəhərsalma məcəlləsində müvafiq maddə var ki, 5 ildən bir ərazilərin planlaması həyata keçirilməlidir. Bu kimi proseslər hələlik dayanıbdır, yəni tam yetişməyib deyərik".